Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azər Badamov: Aparılan uğurlu fəaliyyət nəticəsində minlərlə şəhid ailəsinin və qazinin mənzil şəraiti yaxşılaşdırılıb

Azər Badamov: Aparılan uğurlu fəaliyyət nəticəsində minlərlə şəhid ailəsinin və qazinin mənzil şəraiti yaxşılaşdırılıb

31.08.2021 [16:11]

"Azərbaycan dövləti hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin apardığı uğurlu syasət kursu nəticəsində şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atılır. Şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil təminatı istiqamətində mühüm işlər həyata keçirilir".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov deyib. Onun sözlərinə görə, dövlətimiz bu siyasəti özü üçün prioritetlərdən biri kimi seçib, şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət problemlərinin həlli, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər daim yüksələn dinamika üzrə gedir. Vətən müharibəsindən ötən dövr ərzində ölkə Prezidenti dəfələrlə şəhid ailələri və qazilərlə görüşüb, onların sosial problemlərinin həlli ilə bağlı tədbirlər həyata keçirilib. "Avqustun 28-də şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, "bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülmüşdür. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq. Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür".

Göründüyü kimi, aparılan uğurlu fəaliyyət nəticəsində minlərlə şəhid ailəsinin və qazinin mənzil şəraiti yaxşılaşdırılıb. Ən əsası bu proses davamlıdır və qarşıdakı dövrdə də İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcəklər. Bununla bağlı cənab Prezidentimiz müvafiq Sərəncam imzalayıb. Bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə xalq arasındakı birliyin, bağlılığın, eyni zamanda, yüksək əzm və həmrəyliyin göstəricisidir”".

Paylaş
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31