Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Arif Fərzəliyev: Şuşa Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır

Arif Fərzəliyev: Şuşa Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır

31.08.2021 [16:16]

"Təcavüzkar Ermənistan ötən 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamaqla yanaşı, milli-mədəni abidələrimizə, milli sərvətlərimizə qarşı da soyqırımı həyata keçirib. 44 günlük Vətən müharibəsində əldə olunan müzəffər qələbə torpaqlarımızla yanaşı, tarixi abidələrimizin də işğaldan azad olunmasını təmin etdi. Ölkə Prezidenti cənab İlham Əliyev Şuşada "Vaqif" poeziya günlərinin açılışındakı çıxışında bildirdi ki, "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik". Bu gün Şuşada aparılan geniş abadlıq-quruculuq işləri hər birimizi qürurlandırır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa artıq öz tarixi ənənələrini davam etdirir. Orada keçirilən "Vaqif" poeziya günləri ölkəmizin şanlı qələbəsinin möhtəşəm nəticələrindəndir".

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Arif Fərzəliyev deyib. A.Fərzəliyev bildirib ki, ermənilər işğal dövründə bəzi məscidlərimizi, tarixi abidələrimizi təmir adı altında təhrif etməyə və oradan xalqımıza məxsus olan izləri silməyə çalışıblar. Təbii ki, onlar buna nail ola bilməyiblər. YAP Cəbrayıl rayon təşkilatının sədri vurğulayıb ki, bu gün müasirliyi və gözəlliyi ilə seçilən azad Şuşamız Azərbaycanın mədəniyyət beşiyidir və hər zaman da belə olacaq. "Şuşa Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır. Cənab Prezidentimiz çıxışında da bildirdi ki, "Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik". Bəli, sevindirici haldır ki, Şuşada yeni infrastruktur quruculuğu uğurla davam edir, bütün tarixi binaların bərpa edilməsi ilə yanaşı, yeni binalar da tikilir. Cənab Prezidentimiz Şuşanın Baş planı ilə tanış oldu və Öz tapşırıqlarını verdi. Bu bir daha onu göstərir ki, qüdrətli Azərbaycan dövləti qısa zamanda işğal nəticəsində dağıdılan bütün rayon və şəhərlərimizi cənnətə çevirəcək", - deyə Arif Fərzəliyev əlavə edib.

Paylaş
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31