Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb

Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb

31.08.2021 [15:58]

Azərbaycan komandası “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, 100 metr məsafəyə qaçış yarışlarında finala vəsiqə qazanan üç təmsilçimiz - Yelena Çebanu, Yulia Yanovskaya və Lamiyə Vəliyevadan yalnız biri mükafatçılar sırasında yer alıb. Məsafəni 11,99 saniyəyə qət edən L.Vəliyeva Paralimpiadanın gümüş medalına sahib olub.

Y.Yanovskaya dördüncü, Y.Çebanu isə yeddinci pillədə qərarlaşıblar.

Hazırda Azərbaycan komandasının hesabında 15 medal var. Onlardan 10-u qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.

Yüz metr məsafəyə üzgüçülük yarışında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Azərbaycan komandası “Tokio-2020”yə idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı ilə yola düşüb. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Paylaş
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31