Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xarici jurnalistlər Cəbrayılda erməni vandalizminin şahidi olublar

Xarici jurnalistlər Cəbrayılda erməni vandalizminin şahidi olublar

31.08.2021 [17:08]

Avqustun 31-də Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzuli rayonundan sonra Cəbrayıla səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici jurnalistlər ermənilər tərəfindən dağıdılan şəhərin qalıqları ilə tanış olublar. Bildirilib ki, işğaldan öncə Cəbrayıl tarixi abidələrin, dini məbədlərin zəngin olduğu məkan kimi, eləcə də səfalı təbiəti ilə tanınırdı. Lakin işğaldan sonra həmin Cəbrayıldan əsər-əlamət qalmayıb, ermənilər buradan müdafiə xarakterli ərazi kimi istifadə edib.

Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri qəbiristanlıqlardan birinə baş çəkib, burada qəbir daşlarının sındırılmasının, qəbirlərin qazılaraq cəsədlərin çıxarılmasının şahidi olublar. Xarici media nümayəndələri bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayıblar.

Qırğızıstanı təmsil edən jurnalistlər Cəbrayılda qəbiristanlıqda Quran oxuyaraq, burada basdırılan Cəbrayıl sakinlərinin, eləcə də şəhidlərimizin ruhuna dualar ediblər.

Türkiyənin Anadolu Agentliyinin əməkdaşı Burcu Çalık Göçümlü təəssüratlarını bölüşərək bildirib ki, ermənilər məzarları qazaraq meyitləri çıxarıblar, onların qızıl dişlərini götürüblər: “Bu cür vəhşilik, barbarlıq edənlər insan ola bilməzlər. Ümid edirəm ki, buralar yenidən canlanacaq və azərbaycanlıların öz yurdlarında xoşbəxt yaşadıqlarının şahidi olacağıq”.

Erməni vandalizmi ilə tanış olan makedoniyalı jurnalist Boyan Stoykovski isə deyib ki, geri qayıtdıqdan sonra həm Balkan ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün yazılar hazırlayacaq. “Yazılarımda bütün bu vəhşilikləri olduğu kimi qeyd edəcəyəm. Qoy, bütün dünya bu vandalizmi görsün”, - deyə o əlavə edib.

Paylaş
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31