Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Antimilli ünsürlər ölkəmizdəki milli həmrəyliyə qarşı çirkin təbliğat aparırlar

Antimilli ünsürlər ölkəmizdəki milli həmrəyliyə qarşı çirkin təbliğat aparırlar

01.09.2021 [08:42]

Radikal müxalifət düşərgəsinin və onun xaricdəki uzantılarının 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbəyə qarşı apardıqları qara piar kampaniyası səngimir. Sosial şəbəkələr vasitəsilə aparılan və ictimai rəyi yanıltmağa hesablanmış bu çirkin təbliğatın ermənipərəst mərkəzlərin sifarişi ilə həyata keçirildiyi isə hər kəsə bəllidir. AXCP sədri Əli Kərimli, antimilli şuraçı Gültəkin Hacıyeva, eləcə də Sevinc Osmanqızı və Qənimət Zahid kimiləri sosial şəbəkələrdə mütəmadi olaraq bu şanlı qələbəmizin əhəmiyyətini azaltmağa cəhd göstərirlər. Bu işdə canfəşanlıq edənlərdən biri olan AXCP sədri Əli Kərimlini 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə, o cümlədən bu qələbənin əsas təminatçısı qismində çıxış edən milli birliyimiz xüsusilə narahat etməkdədir. Bunun nəticəsidir ki, çalışan Ə.Kərimli və radikal düşərgənin digər təmsilçiləri yenidən sosial şəbəkələrdə yalanlar səsləndirməklə xalqı aldatmağa çalışırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, ölkəmizdə həyata keçirilən siyasət milli maraqlara və xalqın mənafeyinə əsaslanır. İstər müharibədən öncə, istərsə də müharibə və postmüharibə dövrlərində xalq-iqtidar birliyinin daha da möhkəmlənməsi, milli həmrəyliyin nümayiş etdirilməsi və digər reallıqlar antimilli ünsürlərin “yuxusunu ərşə çəkib”.
Millət vəkili vurğulayıb ki, bu gün hər bir vətəndaşımız dövlətin apardığı siyasətin milli maraqlara əsaslandığını görür və qazanılan uğurları olduqca yüksək dəyərləndirir. Ermənipərəst mərkəzlərə xidmət edənlərin reallıqları təhrif etmək cəhdləri isə yolverilməzdir. Müharibədə qələbə qazanmış Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Bu qələbəni həzm edə bilməyənlər isə sadəcə olaraq uğursuz qara piar kampaniyası aparmaqla məşğuldurlar.
Milli Məclisin deputatı İlham Məmmədov da radikal müxalifətin və onların xaricdəki uzantılarının Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq cəhdlərinin ermənipərəst dairələrdən aldıqları sifarişlərə əsaslandığını deyib. Başqa sözlə, radikal müxalifətin bu antimilli mövqeyi onların anti-Azərbaycan dairələrlə işbirliyini təsdiqləyir: “Radikallar sosial şəbəkələrdə erməni maraqlarını müdafiə etməklə məşğuldurlar. Diqqət yetirsək, görərik ki, ermənilərin 44 günlük müharibə və onun nəticələri ilə bağlı aylardır sosial şəbəkələrdə yaymağa çalışdıqları dezinformasiyaların mahiyyəti antimilli ünsürlərin absurd iddiaları ilə uzlaşır. Lakin Azərbaycan xalqı reallıqları görür, nailiyyətlərimizi yüksək qiymətləndirir və antimilli ünsürlərin çirkin təbliğatını ikrah hissi ilə qarşılayır”.
Pərviz SADAYOĞLU

Paylaş
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31