Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vaksinasiya vətəndaşların sağlamlığı üçün olduqca vacibdir

Vaksinasiya vətəndaşların sağlamlığı üçün olduqca vacibdir

01.09.2021 [08:47]

Son vaxtlar dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halları kəskin şəkildə artmağa başlayıb. Paralel olaraq ölüm sayı da çoxalıb. Mütəxəssislərin fikrincə, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya vətəndaşların sağlamlığı üçün olduqca vacibdir. Bu məsələdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.
Məsələ ilə bağlı açıqlama verən həkim-infeksionist Aygün Kərimova bildirib ki, sosial məsafə saxlamaqla, gündəlik gigiyenik qaydalara riayət etməklə yanaşı, infeksiyaya qarşı yeganə mübarizə üsulu, ondan qorunmağın ən etibarlı yolu peyvənd olunmaqdır. Onun sözlərinə görə, xəstəlik keçirmək və peyvənd olunmaq - hər iki halda orqanizmdə immunitet yaranır: “Koronavirus mutasiyaya uğrayan bir virus olduğundan bir formadan digər formaya keçir. Əvvəl COVID-19 idi, sonra başqa ştamlar meydana çıxdı, indi “delta” variantı tüğyan edir. Bunların hamısı, nəticə etibarilə, koronavirusdur. Hazırda istifadə etdiyimiz vaksinlər ciddi ağırlaşmalar yaratmadığı üçün onları istənilən ştama qarşı tətbiq etmək məsləhətdir”.
A.Kərimova onu da bildirib ki, orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün xəstəliklə qarşılaşanda artıq hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır: “Dünyada aparılan elmi araşdırmalar göstərir ki, vaksindən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olur. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla xəstəliyə qalib gəlir”.
“Özümüzün, əzizlərimizin, doğmalarımızın həyatını riskə atmaq istəmiriksə, qaydalara uyğun davranmalı və vaksinasiyada iştirak etməliyik. Bir sözlə, peyvənd olunub, adi gigiyenik qaydalara riayət edib normal həyatımıza davam etsək, bu bəladan birdəfəlik qurtula bilərik”, - deyə mütəxəssis söyləyib.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31