Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bayden Əfqanıstandan insanların təxliyəsi zamanı ABŞ hərbçilərinin göstərdiyi mərdliyə görə onlara təşəkkürünü bildirib

Bayden Əfqanıstandan insanların təxliyəsi zamanı ABŞ hərbçilərinin göstərdiyi mərdliyə görə onlara təşəkkürünü bildirib

01.09.2021 [11:34]

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması başa çatandan sonra Prezident Co Bayden Amerika xalqına müraciət edib.

AZƏRTAC xəbər verir ki, Ağ evdə çıxış edən Prezidentin sözlərinə görə, son 16 gündə ABŞ 120 mindən çox insanı təxliyə edib. O, amerikalı hərbçilərinin və ABŞ vətəndaşlarının təxliyəsini “son dərəcə uğurlu əməliyyat” adlandırıb və bir daha vurğulayıb ki, 20 illik müharibəni davam etdirmək istəməyib və bu qərarına görə təəssüflənmir.

Ağ evin rəhbəri deyib: “Dünən biz Əfqanıstanda 20 illik missiyanı – ölkəmizin tarixində ən uzunmüddətli missiyanı başa çatdırdıq. Biz 120 mindən çox insanı təxliyə etdik. Heç bir ölkə heç vaxt buna bənzər iş görməyib”.

Bayden ABŞ hərbçilərinin Əfqanıstandan insanların təxliyəsi zamanı göstərdiyi mərdliyə görə onlara təşəkkürünü bildirib. Lakin o etiraf edib ki, əfqan hərbçilərinin sayı barədə gümanı düz deyilmiş. Bayden ABŞ silahlı qüvvələrinin Əfqanıstandan çıxarılması barədə qərar qəbul edərkən düşünürdü ki, bu ölkədə azı 300 min hərbi qulluqçu qalacaq. Lakin onun hesablaması yanlış idi: qalan hərbi qulluqçuların sayı qat-qat az idi.

ABŞ-da bir sıra siyasətçilər və şərhçilər bu təxliyə əməliyyatının avqustun 31-də başa çatdırılması qərarına görə Bayden administrasiyasını tənqid ediblər. Vurğulanıb ki, Kabil aeroportunda yaranmış hərc-mərclik zamanı onlarca əfqan həlak olub və bəzi ABŞ vətəndaşları təxliyə reyslərinə düşə bilməyiblər.

Paylaş
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31