Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sabah peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlanır

Sabah peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlanır

01.09.2021 [11:56]

Sentyabrın 2-dən etibarən 2021-2022-ci tədris ili üzrə peşə məktəblərinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə start verilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, II mərhələdə müraciətlər daha öncə olduğu kimi portal.edu.az platforması üzərindən ödənişsiz qaydada aparılır. Boş qalan yerlərə sənəd qəbulu sentyabrın 6-sı saat 23:59-dək davam edəcək. Peşə məktəblərinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıq olacaq.

Peşə məktəblərinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.

Xatırladaq ki, peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-21-də elektron qaydada həyata keçirilib. 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə məktəbində 120 ixtisas üzrə aparılıb. Elektron sistemdə qeydiyyatdan keçənlərin 14 min 876-sı ixtisas seçimini yekunlaşdırıb. Müraciət edənlərin sayı ötən ilin göstəriciləri ilə müqayisədə 26 faiz artıb.

Paylaş
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31