Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AQTA 23 ölkəyə Azərbaycana idxal edilən toxumların virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyub

AQTA 23 ölkəyə Azərbaycana idxal edilən toxumların virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyub

01.09.2021 [12:00]

Hazırda dünya ölkələrində bitkilər üçün zərərli olan virus və bakteriya mənşəli xəstəliklərin yayılması müşahidə edilir. Odur ki, bir sıra ölkələr tərəfindən idxal tələbləri sərtləşdirilir, bəzi hallarda məhsul idxalına qadağalar tətbiq edilir. Həmçinin pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi qurulur, pestisidlər və aqrokimyəvi maddələrin dövriyyəsi və istifadəsinə qoyulan tələblər sərtləşdirilir, nəzarət gücləndirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bitki sağlamlığının təmin edilməsi sahəsində görülən işlərə həsr olunmuş mətbuat konfransında məlumat verib.

Bildirib ki, ölkəmizdə də bu istiqamətdə zəruri tədbirlər görülür. Belə ki, Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya çərçivəsində 23 ölkəyə Azərbaycana idxal edilən tərəvəz bitkilərinin toxumlarının virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyulub.

Paylaş
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31