Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Akif Qurbanov: Ölkə əhalisinin 70-80 faizi peyvənd vurdursa, koronavirusun növbəti dalğası olmayacaq

Akif Qurbanov: Ölkə əhalisinin 70-80 faizi peyvənd vurdursa, koronavirusun növbəti dalğası olmayacaq

01.09.2021 [12:06]

Yeni növ koronavirus (COVID-19) infeksiyasının növbəti dalğasının indikindən daha güclü və ya zəif olacağı ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir. Vətəndaşlar COVID-19 virusu əleyhinə vaksinasiya prosesində aktiv iştirak etsələr və əhalinin 70-80 faizinin peyvəndləməsi başa çatarsa, virusun növbəti dalğası olmayacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor bildirib ki, məhdudiyyətlərin tətbiq olunması, yəni bu gündən etibarən kütləvi toplaşma olan yerlərə vətəndaşların yalnız COVID pasportu ilə buraxılması koronavirusa yoluxma sayını azaltmağa hesablanıb: “Koronavirus əleyhinə vaksin vurduranlar xəstəliyi daha yüngül keçirirlər və bu vəziyyəti stabil saxlamağa kömək edir. Ona görə də peyvəndlənməyənlərin bir sıra məkanlara girişi mümkün olmayacaq”.

A.Qurbanov, həmçinin vaksinasiyanın əhəmiyyətindən bəhs edib: “Vətəndaşlar məsələyə kifayət qədər ciddi yanaşmalı və vaksinasiyada iştirak etməlidirlər. Yoluxma sayı sürətlə artır. Əhalinin 70-80 faizinin peyvənd vurdurmasına nail olmalıyıq, çünki bu, infeksiyaya qarşı kütləvi immunitetin yaranması deməkdir. Həm özümüzü, həm də ətrafımızdakıları qorumaq üçün mütləq vaksinasiyadan keçməliyik. Lakin bir şeyi də unutmaq olmaz ki, peyvənd bizi COVID-19-a yoluxmaqdan yox, xəstəliyi ağır keçirməkdən qoruyur. Peyvənd vurdurmaqdan qorxmaq lazım deyil. Azərbaycanda, eləcə də dünya ölkələrində milyonlarla şəxs peyvənd vurdurub və indiyədək onların arasında fəsadlaşma halı qeydə alınmayıb”.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 805 min 740, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 113 min 716, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 692 min 24 nəfər təşkil edir.

Paylaş
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31