Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gəncə Qarnizonunda Türkiyənin Zəfər bayramının ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbirlər keçirilib

Gəncə Qarnizonunda Türkiyənin Zəfər bayramının ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbirlər keçirilib

01.09.2021 [12:11]

İllik tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Türkiyənin Zəfər bayramının və Silahlı Qüvvələrinin 99-cu ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbirlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Türk Ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyinə ekskursiya təşkil olunub, eləcə də Türkiyə Cümhuriyyətinin qurucusu və banisi Mustafa Kamal Atatürkün həyat və fəaliyyətinə dair film təqdim olunub.

Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyində nümayiş edilən və iki qardaş xalqın tarixini, dostluq əlaqələrini, o dövrün tarixi hadisələrini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumatlar əsgərlərin marağına səbəb olub.

Qardaş Türkiyə Respublikasının şanlı Zəfər bayramına həsr olunan tədbirlər şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.

Paylaş:
Baxılıb: 278 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31