Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planının hazırlanması nəzərdə tutulur

Təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planının hazırlanması nəzərdə tutulur

01.09.2021 [12:27]

Ölkəmizdə bitki sağlamlığının daha da gücləndirilməsi üçün regionlarda bitki sağlamlığı sahəsində, xüsusilə virusoloji müayinələrin aparılması üçün müasir tələblərə cavab verən, maddi-texniki təchizatı güclü olan yeni laboratoriyaların yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Eyni zamanda, xüsusi təhlükəli bitki xəstəliklərinin daşıyıcısı olan bitkilərin əkin-səpin materiallarının əl yükləri və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilməsini qadağan edən tələblər müəyyənləşdirilib. Bütün bu tədbirlərin həyata keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planı hazırlanaraq icrasının təmin edilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bitki sağlamlığı ilə bağlı son dövrlər görülən işlər, qoyulan qadağalar və ixrac potensialına dair məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.

“Eləcə də xəstəlik daşıyıcısı olan bitkilərin, əkin-səpin materiallarının virus, bakteriya və göbələklərə görə laborator müayinədən keçmədən əkilməsinin qadağan edilməsi, zərərli orqanizmlərlə sirayətlənmiş bitki və bitkiçilik məhsullarının zərərsizləşdirilməsi mexanizminin müəyyən edilməsi, zərərli orqanizmlərlə mübarizə üsullarından olan növbəli əkin sisteminin təşviq edilməsi, istifadə edilmiş kənd təsərrüfatı texnikalarının dezinfeksiya edilməsi tələbləri ilə bağlı işlər aparılacaq”, - deyə agentliyin sədri diqqətə çatdırıb.

Paylaş
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31