Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yevlaxdakı Şəhidlər xiyabanı əsaslı təmir edilir

Yevlaxdakı Şəhidlər xiyabanı əsaslı təmir edilir

01.09.2021 [12:39]

Yevlax şəhərindəki Şəhidlər xiyabanında əsaslı təmir-bərpa işləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhidlər xiyabanında səliqə-sahman yaradılır, məzarların ətrafına yeni mərmər plitələr döşənir, bordyurlar yenilənir, hasarlarda suvaq işləri görülür. Xiyabanın işıqlandırılması üçün yeni işıq dirəkləri quraşdırılıb, keçidlərə 2400 kvadratmetr tamet döşənib, 1500 paqometr səki daşı qoyulub. Xiyaban boyunca xeyli sayda yeni ağac və gül kolları əkilib, əvvəl əkilmiş ağaclara gündəlik qulluq göstərilir.

Yevlax şəhər Şəhidlər xiyabanında dəfn olunmuş birinci və ikinci Qarabağ müharibəsinin 162 şəhidinin məzarlarının təmiri şəhidlərin ailə üzvləri və yaxın qohumları ilə məsləhətləşmələrdən sonra, onların istək və arzuları nəzərə alınaraq aparılır. Xiyabanda dəfn edilən bütün şəhidlərə heç bir fərq qoyulmadan görülən işlər ailələrin razılığı ilə qarşılanır, onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edir, dövlətimizin bütövlüyü və əmin-amanlığı naminə yumruq kimi birləşdiklərini bildirirlər.

Paylaş
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31