Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu gün Azərbaycan millisi Lüksemburq yığmasının qonağı olacaq

Bu gün Azərbaycan millisi Lüksemburq yığmasının qonağı olacaq

01.09.2021 [12:52]

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, millimiz A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi İrfan Pelto olacaq. Ona həmyerliləri Senad İbrisimbegoviç və Davor Beljo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Admir Sehoviç yerinə yetirəcək.

Görüşün VAR hakimi Marko Fritz, onun köməkçisi isə Markus Sinn (hər ikisi Almaniya) olacaq.

Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə 4 futbolçu matçı buraxacaq. Onlardan Dioqo Pimentel və Eldin Dzoqoviç koronavirusa yoluxduqları, Marvin Martins və Kris Filipps isə zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, iki oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür.

Paylaş
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31