Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda 313 nəfər COVID-19 infeksiyası ilə əlaqədar əks-göstəriş sertifikatı alıb

Azərbaycanda 313 nəfər COVID-19 infeksiyası ilə əlaqədar əks-göstəriş sertifikatı alıb

01.09.2021 [14:34]

Bu günə qədər 313 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar əks-göstəriş sertifikatı alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əks-göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrinə olunan müraciətlərin çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur.

Məlumatda qeyd olunub ki, nazirlik vətəndaşların narazılığını anlayır, lakin göndərilən müraciətlərin komissiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır.

Xatırladaq ki, əks-göstəriş sertifikatının verilməsinə avqustun 9-dan başlanılıb.

Paylaş
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31