Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputat: Dövlətimizin başçısının Vaqif Poeziya Günlərində iştirakı Azərbaycan ədəbiyyatına və incəsənətinə qayğının təzahürüdür

Deputat: Dövlətimizin başçısının Vaqif Poeziya Günlərində iştirakı Azərbaycan ədəbiyyatına və incəsənətinə qayğının təzahürüdür

01.09.2021 [14:55]

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri və bu səfərlər zamanı gördüklərimiz Azərbaycanda bərpa və quruculuq işlərinin qısa müddətdə başa çatdırılacağını deməyə əsas verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Dövlətimizin başçısının möhtəşəm Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə səfərindən danışan S.Xasayeva deyib: “Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində otuz ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Zəfərimizdən dərhal sonra həmin ərazilərdə bərpa və yenidənqurma işlərinə start verildi. Dövlətimizin başçısı bərpa işlərinin aparıldığı ərazilərimiz mütamadi səfərlər edərək, işlərin nəticəsi ilə özü yaxından tanış oldu, tövsiyələrini verdi. Prezident İlham Əliyev budəfəki səfərində də istər ölkə əhalisinin, istərsə də, beynəlxalq ictimaiyyətinin diqqətini sürətlə gedən quruculuq işlərinin miqyasının böyüklüyünə cəlb etdi. İnsanlar qısa zaman kəsiyində nəhəng quruculuq işlərinin həyata keçirildiyinin şahidi oldular”.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev yanvarın 14-də Şuşa şəhərinə səfərində XIX əsr Azərbaycan şairi və ictimi xadimi Molla Pənah Vaqifin məqbərəsində təmir-bərpa işləri aparılmasını, yenidən qurulmasını tapşırmışdı: “Bu, həm dünənki tariximizə, həm də klassik ədəbiyyatımıza böyük sayğının, sevginin təzahürü idi. Dövlət başçısının tapşırığı böyük sürətlə və məsuliyyətlə yerinə yetirildi. Avqustun 29-da Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışında iştirak etdi. Bu, Azərbaycan ədəbiyyatı və tarixi üçün mühüm əhəmiyyət kəsb edən hadisədir”.

Deputat əlavə edib ki, dövlətimizin başçısının 39 ildən sonra yenidən təşkil edilən Vaqif Poeziya Günlərində iştirakı, Üzeyir Hacıbəylinin heykəlinin, Vaqifin büstünün, Bülbülün ev-muzeyinin açılışını etməsi Azərbaycan ədəbiyyatına və incəsənətinə dövlət səviyyəsində qayğının təzahürüdür: “Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimi, “Qarabağ” hotelinin açılışı onu deməyə imkan verir ki, mədəniyyət paytaxtımız Şuşa nəinki ölkəmizin, dünyanın gözəl şəhərlərindən birinə çevriləcək.

Ümumiyyətlə, görülən işlər Azərbaycanda müharibənin ölkəmizə vurduğu yaraları tezliklə aradan götürəcəyimizə əsas verir. Bu yerdə Molla Pənah Vaqifin misraları yada düşür:

Ruhumla görürəm bu gün tarixi

Bir də vuruluram Azərbaycana!”

Paylaş
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31