Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türk Şurasına üzv dövlətlərin media nümayəndələri Şuşa şəhərində olublar

Türk Şurasına üzv dövlətlərin media nümayəndələri Şuşa şəhərində olublar

01.09.2021 [15:01]

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media nümayəndələri Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfər "Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, həmçinin Bosniya və Herseqovina və Serbiyadan olan jurnalistlər şəhərlə tanış olublar.

İlk olaraq qonaqlar Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün abidələrini ziyarət ediblər. Jurnalistlər Xurşidbanu Natəvanın dağıdılmış evi və Xan sarayının qalıqları ilə tanış olublar. Onlara bu qədim tikililərin tarixi haqqında məlumat verilib, erməni işğalı dövründə talan edilərək yararsız hala salındığı bildirilib.

Daha sonra jurnalistlər Şuşa qalasında və Cıdır düzündə olublar. Bildirilib ki, Şuşa şəhəri 1752-ci ildə Pənahəli xan tərəfindən salınıb. Qala divarları şəhəri daim düşmən hücumundan qoruyub. Cıdır düzü isə Şuşanın ən görməli məkanlarından biridir. Burada məşhur Topxana meşəsinə gözəl mənzərə açılır. Məhz burada Qarabağ atlarının iştirakı ilə yarışlar keçirilirdi. Bu ənənə bundan sonra da davam etdiriləcək.

Jurnalistlər Azərbaycan şairi Vaqifin bərpa edilmiş məqbərəsinə baxıblar. Qeyd olunub ki, məqbərə ilk dəfə 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Erməni işğalı dövründə isə məqbərə qarət edilib və dağıdılıb. Şuşa azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə məqbərə bərpa edilərək yenidən əvvəlki görkəminə qaytarılıb.

Qonaqlar, həmçinin Yuxarı Gövhərağa məscidini ziyarət ediblər, orada dualar oxuyublar.

Paylaş
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31