Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Yevlax şəhər təşkilatının X hesabat konfransı keçirilib

YAP Yevlax şəhər təşkilatının X hesabat konfransı keçirilib

01.09.2021 [15:29]

Sentyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Yevlax şəhər təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkəmizin ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub. Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaranan Yeni Azərbaycan Partiyası özünü bütün mənalarda təsdiqləyərək, tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Partiyanın şəhər təşkilatının sədri qeyd edib ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə partiyamız daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirib və partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib.

İ.Məmmədov deyib ki, hesabat dövründə partiya sıralarına 675 nəfər yeni üzv qəbul olunub. Hazırda YAP Yevlax şəhər təşkilatının 64 ərazi ilk partiya təşkilatının sıralarında 8777 nəfər partiya üzvü var. Onlardan 4718 nəfəri qadınlardır. Bildirilib ki, hesabat dövründə partiya sıralarına qəbul olunanların 90 faizini gənclər təşkil edir.

Sonra Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Səməd Hüseynovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, "Mədəniyyət" məhəlli ərazi ilk partiya təşkilatının sədri, şəhərin Heydər Əliyev adına sarayının direktoru Seymur Novruzov, YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri, rayonun "Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova, şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin məsləhətçisi Fərid Vaqifli çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirib. Qurultayda edilən çıxışlarda belə bir əminlik ifadə edildi ki, partiya yeniləşmiş formatda daha fəal olacaq, qarşıda duran problemləri daha fəal icra edəcəkdir. Qarşıya qoyulan vəzifələrin icrasında bütün partiya üzvlərinin qüvvə və bacarıqlarının səfərbər edilməsinin vacibliyini xüsusi vurğulayan Ə.Tağıyev qeyd edib ki, Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurlara Prezident İlham Əliyevin qətiyyəti və müdrik rəhbərliyi sayəsində nail olunub.

YAP üzvlərinin hər zaman dövlətin inkişafı üçün bütün gücünü səfərbər etdiyini və bu inkişaf prosesində fəal iştirak etdiyini vurğulayan Ə.Tağıyev YAP Yevlax şəhər təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Yevlax şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Paylaş
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31