Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əsli Kazımova: İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir

Əsli Kazımova: İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir

01.09.2021 [16:08]

"Cənab Prezident İlham Əliyevin Vətən müharibəsindən sonrakı dövrdə dəfələrlə şəhid ailələri, qazilər və məcburi köçkünlərlə görüşməsi, işğaldan azad edilmiş torpaqları ziyarət etməsi, bu torpaqların dirçəldilməsi, yenidən qurulması və abadlaşdırılması istiqamətində aparılan fəaliyyətə şəxsən nəzarət etməsi bir daha Azərbaycan dövlətinin güclü iradəsini ortaya qoymaqdadır. Yeri gəlmişkən, Prezident İlham Əliyev avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması ilə bağlı mərasimdəki çıxışında bildirdi ki, "Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir". Bəli, bu gün Ağdamda, Zəngilanda, Füzulidə, Laçında, Kəlbəcərdə, Cəbrayılda - ümumən işğadan azad edilmiş rayonların timsalında işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir".

Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Parityasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sözügedən görüşdə səsləndirdiyi tarixi fikirlər bir daha hər bir azərbaycanlıda qürur hissi yaratdı: "Cənab Prezidentimiz bildirdi ki, "Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur". Erməni vəhşiliyinin qurbanına çevrilmiş torpaqlarımızda qurulacaq yeni şəhərlərimizin, kəndlərimizin müasir, innovativ şəkildə yenilənməsi, həm də öz tarixi keçmişini əks etdirməsi bir daha qazandığımız Zəfərin böyüklüyünü özündə ehtiva etməkdədir. İnanırıq ki, Azərbaycan bütün dünyaya öz gücünü, quruculuq qabiliyyətini nümayiş etdirəcək".

Paylaş
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31