Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputat: Mədəniyyət paytaxtımız Şuşanın nüfuzunu özünə qaytaracağıq

Deputat: Mədəniyyət paytaxtımız Şuşanın nüfuzunu özünə qaytaracağıq

01.09.2021 [16:19]

Biz mədəniyyət paytaxtımız Şuşanın nüfuzunu özünə qaytaracağıq. Mədəniyyət paytaxtımızı dövlətimizin gücü və qüdrəti sayəsində əvvəlki görkəmindən də gözəl edəcəyik. “Xarıbülbül” festivalından sonra Şuşada vaxtilə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında həyata vəsiqə alan Vaqif Poeziya Günlərinin uzun illərdən sonra təşkili hər bir azərbaycanlıya qürur verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Qısa müddət ərzində Şuşada təmir və bərpa işlərinin vüsətindən danışan deputat deyib: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Molla Pənah Vaqifin büstünün və məqbərəsinin açılışında iştirak etdilər. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin ən qısa zamanda bərpa edilməsi, oraya yenidən həyatın qaytarılması üçün dövlətimizin başçısının sərəncamı və birbaşa nəzarəti ilə sürətli işlər həyata keçirilməyə başlanıldı. İlk olaraq, Şuşa şəhərinə çəkilən Zəfər yolunun inşasına start verildi. Bu magistral yol çox önəmlidir. Bununla yanaşı, digər yollara gedəcək həm avtomobil, həm də dəmir yollarının inşasına başlanıldı. İşğaldan azad olunmuş ərazilərin, o cümlədən Şuşa şəhərinin elektrik təsərrüfatı bərpa edildi. Yarımstansiyalar tikildi və ölkə başçısının iştirakı ilə açılışları həyata keçirildi. Hətta çətin və ağır relyefi olmasına baxmayaraq, Kəlbəcər rayonuna da elektrik enerjisinin verilməsi təmin olundu. Eyni zamanda, Şərqi Zəngəzur ərazisində su təsərrüfatının yenidən qurulması, oradakı su resurslarının öyrənilməsi ilə bağlı sistemli iş həyata keçirilməkdədir”.

Tarixi abidələrin bərpasının çox önəmli olduğunu diqqətə çatdıran deputat Şuşa şəhərində məscidlərin təmiri və bərpasında danışıb: “Ən qısa zamanda demək olar ki, biz bütün tarixi abidələrimizi bərpa edərək vətəndaşlarımızın və turistlərin istifadəsinə verə biləcəyik. Bütün bunlarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq aeroportların tikintisinə start verilib. Artıq Füzuli Beynəlxalq Hava Limanında son tamamlama işləri həyata keçirilir. Laçın Beynəlxalq aeroportunun isə təməli qoyulub. İnşallah, tezliklə, insanlarımız öz doğma yurd-yuvalarına qayıdacaq və firavan həyatlarını yaşayacaqlar”.

N.Həmzəyev vurğulayıb ki, Şuşa şəhərinin Azərbaycan xalqının könlündə çox önəmli yeri vardır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Şuşasız Zəfər ola bilməz və Şuşasız Qarabağ mümkün deyil. Demək olar ki, Şuşa zəfəri müharibənin taleyini həll etdi: “Dövlətimizin başçısının Şuşaya ilk səfəri zamanı qeyd etdiyi kimi, ən qısa zamanda biz bu şəhəri cənnət məkana çevirəcəyik”.

Paylaş
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31