Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müşfiq Məmmədli: Azərbaycan dövləti Şuşanın dirçəldilməsi istiqamətində əhəmiyyətli addımlar atır

Müşfiq Məmmədli: Azərbaycan dövləti Şuşanın dirçəldilməsi istiqamətində əhəmiyyətli addımlar atır

01.09.2021 [16:31]

"Erməni işğalından azad edilmiş Şuşa şəhəri Azərbaycan mədəniyyətinin beşiyidir. Şuşa tarixən Azərbaycan torpağı olub və lüşmənlərimiz Şuşanı erməniləşdirməyə çalışsalar da buna nail ola bilmədilər. Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev onların məkrli planlarının qarşısının alınması üçün var gücü ilə çalışmışdı. Şuşada anadan olmuş və orada ictimai-siyasi, mədəni fəaliyyətlə məşğul olmuş dahilərimizin, mütəffəkirlərimizin abidələrinin, xatirə muzeylərinin açılması Şuşanın Azərbaycanın bir parçası olduğunu bir daha təsdiqləyir. Yeri gəlmişkən, Prezident İlham Əliyev avqustun 30-da Şuşada "Vaqif" poeziya günlərinin açılışındakı nitqində də bildirdi ki, "Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır". Bu fakt bir daha onu təsdiqləyir ki, ermənilər apardıqları yalan kampaniyalar vasitəsilə belə, 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarından, o cümlədən Şuşadan xalqımızın əsrlərdən bəri qalmış izlərini silə bilmədilər".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti Şuşanın dirçəldilməsi  istiqamətində əhəmiyyətli addımlar atır. Şuşanın Azərbaycanın mədəniyyət paxtaxtı elan edilməsi Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin rəmzlərindən birinə çevrilib. "Ölkə Prezidentinin bu ilin mayın 7-də imzaladığı müvafiq Sərəncama əsasən,  Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Hazırda şəhərdə işğal dövründə ermənilər tərəfindən dağıdılmış üç məsciddə – Saatlı, Yuxarı və Aşağı Gövhərağa məscidlərində Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işləri aparılır. İşğal zamanı ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri şəhərə gətirilərək tarixi yerlərinə qoyulub. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verilib. Şuşaya son səfərləri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir Hacıbəylinin ev-muzeyində görüləcək işlərlə tanış olublar.  Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızın yenidən dirçəldilməsi, müasir üslubda yenilənməsi, öz tarixi keçmişinin izlərini qoruması üçün bütün səylərini səfərbər edib", - deyə  M.Məmmədli əlavə edib.

Paylaş
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31