Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan hərbçiləri “Dəniz kuboku” müsabiqəsində növbəti epizodun qalibi olublar

Azərbaycan hərbçiləri “Dəniz kuboku” müsabiqəsində növbəti epizodun qalibi olublar

01.09.2021 [17:10]

İranın Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” beynəlxalq müsabiqəsi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə iştirakçıları “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər.

Bu epizodun şərtlərinə əsasən, 3000 metr məsafədən artilleriya qurğularından döyüş atışları icra olunub və tapşırığın yerinə yetirilməsi hakimlər komissiyası tərəfindən izlənilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib. Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.

Yekun nəticəyə əsasən, hərbi dənizçilərimiz 40 xalla birinci, İran komandası 36 xalla ikinci, Rusiya təmsilçiləri 20 xalla üçüncü, Qazaxıstan komandası isə 18 xalla dördüncü yerdə qərarlaşıblar.

“Dəniz kuboku” müsabiqəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G122” və “G124” gözətçi gəmiləri və 66 hərbi qulluqçusu iştirak edir.

Paylaş
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31