Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanlı ekspertin məqaləsi “Eurasia Review” nəşrində

Azərbaycanlı ekspertin məqaləsi “Eurasia Review” nəşrində

01.09.2021 [17:28]

Politoloq Şəbnəm Həsənovanın “Eurasia Review” nəşrində “Azərbaycan və Ermənistan: İki ölkə arasındakı mövcud vəziyyət və Azərbaycanın xarici siyasətinin prioritetləri” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə ilkin olaraq “Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli Bəyannamənin müddəalarının həyata keçirilməli olduğu bir vaxtda Azərbaycanın Ermənistan və region dövlətlərindən gözləntiləri və hazırda Azərbaycanın xarici siyasətinin prioritetləri nələrdir?” kimi sual qaldırır. Eyni zamanda, müəllif Azərbaycanın sülh təklifinə baxmayaraq, Ermənistanın Azərbaycanın mövqelərini atəşə tutması və sərhəddə təxribatlarla müşayiət olunan Ermənistanın yenidən silahlandırılmasının Cənubi Qafqazda sülh və təhlükəsizliyə ən böyük maneə olduğuna diqqət çəkir. Bu baxımdan da müəllif bütün bu suallara cavabın və ümumilikdə hazırkı vəziyyəti və gələcəyə doğru atılacaq addımların Azərbaycan Prezidenti İlham Əliyevin yerli və beynəlxalq KİV-ə verdiyi müsahibələrdə ətraflı izah olunduğunu bildirir.

Politoloq bildirir ki, Rusiyanın müdafiə naziri Şoyqunun Rusiya silahlarının Ermənistana göndərilməsi prosesinin başladığını söyləməsi Rusiyanın vasitəçilik missiyasına tamamilə ziddir. Otuz il ərzində Ermənistana milyardlarla dollar dəyərində pulsuz silah verilsə də və bu proses bundan sonra da davam etsə belə, qüvvələr balansı dəyişməyəcək. Müəllif bildirir ki, Azərbaycan bölgədəki bütün ölkələrdən, xüsusilə Rusiyanın regionda olan xüsusi rolunu nəzərə alaraq sülhə töhfə vermək üçün səylərini artırmalarını gözləyir.

Politoloq dövlətimizin başçısının fikirlərinə diqqət çəkərək bildirir ki, Türkiyənin müdafiə sənayesi gündən-günə inkişaf edir və Azərbaycan bundan faydalanacaq. Bu güclü arqumentə baxmayaraq, Azərbaycan müharibə istəmir. Ermənistan Azərbaycanın dünya birliyi tərəfindən də tanınan ərazi bütövlüyünü tanımalı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi həll edilməli, sonunda sülh müqaviləsi imzalanmalıdır. Müəllif məqalədə vurğulayır ki, Azərbaycan yalnız müdafiə sənayesi baxımından güclənmir, eyni zamanda, əməkdaşlıq platformalarını da genişləndirir. Bu baxımdan da Şəbnəm Həsənova Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin və Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan “Bakı Bəyannaməsi”nin hər hansı bir dövlətə və ya dövlətlər qrupunun əleyhinə olmayıb, əməkdaşlıq platforması olduğunu diqqətə çatdırır.

Politoloq dövlətimizin başçısının Türkiyənin “CNN Turk” TV kanalına verdiyi müsahibədə, BMT-nin ölkəmizdəki yeni rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə olan görüşdə səsləndirdiyi fikirləri qələmə alır. Müəllif Türkiyə ilə Azərbaycanın bir-birinə olan dəstəyinin əməldə sübut olunduğunu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Zəngəzur dəhlizinin həm dəmiryolu, həm də avtomobil yolu olacağının önəmini qeyd edir. Ermənistanın sərhəddə təxribatlar törədərək yalan informasiya yayması, Rusiya sülhməramlılarının fəaliyyəti, “Dağlıq Qarabağ Respublikası”, “status” anlayışlarının birmənalı olaraq ləğv olunduğu, ATƏT-in Minsk qrupunun indiyə kimi və bundan sonrakı fəaliyyətinin necə olması ilə bağlı Azərbaycanın mövqeyinin nədən ibarət olduğu kimi məsələlər də məqalədə detallı şəkildə analiz olunur.

Politoloq tarixi faktları da ortaya qoyaraq yazır ki, Azərbaycan xalqına qarşı məkrli siyasət nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Zəngəzurun bölünməsi və 1920-ci ildə Sovet hökuməti tərəfindən Zəngəzurun Ermənistana planlı şəkildə birləşdirilməsindən sonra azərbaycanlıların bölgədən deportasiya olunduğu bütün dünyaya məlumdur. Yeni reallığa uyğun olaraq Prezident İlham Əliyev tərəfindən 2021-ci il iyulun 7-də Fərman imzalandı və Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı.

Şəbnəm Həsənova xüsusilə qeyd edir ki, məsələnin siyasi və hərbi aspektləri ilə yanaşı, humanitar və mədəni cəhətləri də mövcuddur. Beynəlxalq hüququn və humanizmin bütün prinsiplərinin əksinə olaraq, Azərbaycanın tarixi, mədəni irsinin məhv edilməsi və mənimsənilməsi, habelə Azərbaycanın mədəni sərvətlərinin qanunsuz olaraq xaricə çıxarılması kimi hərbi cinayətlərə və müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, onun işğalçılıq, talançılıq siyasətinə göz yumanların da üzərinə düşür.

Sonda Şəbnəm Həsənova 1752-ci ildə Pənahəli xan tərəfindən qurulan Şuşanın azərbaycanlılar üçün dərin emosional məna kəsb etdiyini və əsrlər boyu Azərbaycan mədəniyyətinin “beşiyi” olduğu məsələsini xüsusi qabardaraq bildirir ki, 2021-ci il avqustun 30-u Azərbaycan tarixində çox əlamətdar bir gün kimi yadda qaldı. Belə ki, Azərbaycan xalqı Şuşanın işğaldan azad edilməsindən sonra ilk dəfə Molla Pənah Vaqifin doğulduğu şəhərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin açılışını qeyd etdi. Azərbaycan zəngin mədəni irsini, işğaldan azad edilmiş torpaqları öz gücünə və sürətlə bərpa edir. Şuşalılar doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər.

Paylaş:
Baxılıb: 295 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30