Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Koronavirusun fəsadları ilə üzləşməmək üçün profilaktik olaraq vaksinasiya aparılması tövsiyə edilir”

“Koronavirusun fəsadları ilə üzləşməmək üçün profilaktik olaraq vaksinasiya aparılması tövsiyə edilir”

02.09.2021 [08:54]

Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artan temp müşahidə edilir. Ölkəmizdə də yoluxma sayında artım özünü göstərir. Mütəxəssislər son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının bu cür artımını koronavirusun yeni ştamı ilə əlaqələndirirlər.
Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Könül İsmayılova bildirib ki, “delta” ştamının daha çox yoluxucu olması infeksiyanın daha böyük auditoriyada yayılmasına səbəb olur: “Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu sahədə olan məhdudiyyətlərin yumşalması vətəndaşlarda arxayınlıq yaratdı. Hətta bəzi vətəndaşlar pandemiyanın bitdiyini, tibbi maska taxmağa, sosial məsafə, əl gigiyenası tələblərinə riayət etməyə ehtiyac olmadığını düşündülər. Təəssüf ki, ətrafımızda bu kimi məsuliyyətsiz davranışları çox müşahidə edirik. Belə hallar COVID-19-a yoluxanların sayının artmasına rəvac verir”.
“Hazırda xəstəliyin yoluxma sürəti çox yüksəkdir. Virus mutasiyaya uğrayıb dəyişsə də, ondan qorunmaq üçün mübarizə davam edir. Digər tərəfdən, ölkəmizdə çox sürətli vaksinasiya prosesi həyata keçirilir və əhalinin peyvəndlənməyə marağı kifayət qədər yüksəkdir. Müəyyən müddətdən sonra təkrar yoluxma mümkündür, çünki koronavirusa qarşı davamlı immunitet formalaşmır. Ona görə müəyyən müddətdən sonra təkrar peyvəndlənmənin aparılması məqsədəuyğundur”, - deyə mütəxəssis söyləyib.
K.İsmayılova vurğulayıb ki, koronavirusun fəsadları ilə üzləşməmək üçün profilaktik olaraq vaksinasiya aparılması tövsiyə edilir: “Pandemiyaya kütləvi immunitet formalaşdıqda qalib gələ bilərik. Kütləvi immunitet ya xəstəliyi keçirib sağalaraq təbii immunitetin, ya da süni şəkildə, yəni xəstəliyin yüngül, cüzi simptomları hiss olunmaqla, yəni peyvəndlərin hesabına yaranan immunitetin formalaşması hesabına yarana bilər. Birinci halda hamı xəstələnir və bu zaman ağırlaşma və ölüm göstəriciləri çox olur. İkinci hal isə daha sərfəli və münasibdir. Ona görə də xəstəliyin fəsadları ilə üzləşməmək üçün profilaktik olaraq vaksinasiya aparılması tövsiyə edilir”.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31