Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / COVID-19 əleyhinə peyvəndlərə qarşı əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab alan vətəndaşlar tərəfindən sertifikatı əldə etmə qaydası açıqlanıb

COVID-19 əleyhinə peyvəndlərə qarşı əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab alan vətəndaşlar tərəfindən sertifikatı əldə etmə qaydası açıqlanıb

02.09.2021 [11:18]

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə tətbiq edilən peyvəndlərə qarşı əks-göstəriş sertifikatı ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaş qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsini seçməlidir. Daha sonra vətəndaşlar sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks-göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə bilərlər. Həmçinin əks-göstəriş sertifikatının fotosunu “screenshot” edərək telefonun yaddaşında saxlamaq mümkündür.

Vətəndaşlar qeydiyyatdan keçmək üçün identifikasiya nömrəsi, Asan və ya elektron imza, həmçinin bank sertifikat xidmətləri mərkəzinin elektron imzası seçimlərinin istənilən birindən istifadə edə bilərlər.

Xatırladaq ki, sentyabrın 1-nə qədər 313 nəfər COVID-19 əleyhinə istifadə edilən vaksinlərə qarşı əks-göstəriş sertifikatı alıb. Azərbaycanda əks-göstəriş sertifikatının verilməsinə avqustun 9-da başlanılıb.

Paylaş
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31