Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Texniki Universitet “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

Texniki Universitet “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

02.09.2021 [14:31]

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov və baş meneceri Qaçay Mirzəyevlə görüşüb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Rektor AzTU-da görülən işlər barədə qonaqlara məlumat verib. Bildirib ki, hazırda universitetdə digər sahələr kimi, kibertəhlükəsizlik, süni intellekt və robototexnika istiqamətində də kadr hazırlığına xüsusi diqqət yetirilir. Bu istiqamətdə “Microsoft Azərbaycan”ın Texniki Universitet ilə əməkdaşlığa başlaması təqdirəlayiq addım hesab olunur.

“Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov təhsildə rəqəmsal transformasiya, şirkətin mövcud bulud sistemləri, süni intellekt və digər məsələlər barədə məlumat verib, bu sahədə təcrübəsini bölüşüb. O bildirib ki, ilkin olaraq tələbələrin “Microsoft Imagine Cup” müsabiqəsinə cəlb edilməsi müsbət addım olar.

Görüşdə AzTU-nun “Data Science” sahəsində yüksəkixtisaslı kadr hazırlaması da müzakirə edilib. Qeyd olunub ki, “Microsoft”un sənaye sahəsində mövcud konsepsiyaları Azərbaycan Texniki Universitetdə araşdırılacaq. Bundan başqa, AzTU “Microsoft”un rəqəmsal təhsil sahəsində onlayn platformalarından istifadəni davam etdirəcək.

Paylaş
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31