Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Allahverdi Haxverdiyev: Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirir

Allahverdi Haxverdiyev: Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirir

02.09.2021 [16:29]

"44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, 30 ilə yaxındır ki, ayrı düşdüyümüz torpaqlara qovuşmağımızı da təmin etdi. Erməni vandallarının vəhşiliyi nəticəsində yurdlarımız, rayon və kəndlərimiz, şəhərlərimiz tamamilə dağıdılıb, xarabalığa çevrilib. Tarixi abidələrimiz dağıdılıb, oradan xalqımıza məxsus izlərin silinməsinə cəhdlər göstərilib. Amma düşmənin bu cəhdi heç bir işə yaramadı. Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etməklə həm də tarixi abidələrimizi düşməndən azad etdi. Prezident İlham Əliyev avqustun 30-da Vaqif Poeziya Günlərinin açılışında bildirdi ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın azadlığına qovuşması, mədəniyyətimizin beşiyinin azadlığına qovuşmasıdır".

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Allahverdi Haxverdiyev deyib. A.Haxverdiyevin sözlərinə görə, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərini uğurla davam etdirir. "Ermənilərin Şuşadakı Vaqif məqbərəsi də daxil olmaqla, işğal etdikləri ərazilərdə bütün mədəni, dini obyektləri dağıtması, təhqir etməsi aşkar cinayətdir. Erməni vandallarının bu vəhşiliyi və cinayətləri həmin regionlara səfər edən beynəlxalq təşkilatların nümayəndələri, xarici jurnalistlər tərəfindən də diqqətə çatdırılır. Cənab Prezident İlham Əliyev Şuşadakı çıxışında da qeyd etdi ki, , "Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə "Vaqif" poeziya günlərinə start veririk". Bəli, bütün dünya "məzlum obrazı" arxasında gizlənərək vəhşiliklər, soyqırımı aktları, qətliamlar törədən ermənilərin əsl üzünü görür. Onlar işğalçı olmaqla yanaşı, mədəni abidələrə qarşı da soyqırımı həyata keçiriblər".

Paylaş
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31