Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan ilə İsrail arasında diaspor sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

Azərbaycan ilə İsrail arasında diaspor sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

02.09.2021 [17:28]

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrail Dövlətinin Diaspor İşləri üzrə yeni təyin olunmuş naziri Naxman Şey ilə videobağlantı formatında görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Naxman Şeyi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən F.Muradov israilli həmkarına işlərində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Respublikası ilə İsrail dövləti arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən danışılıb. Qeyd olunub ki, möhkəm tərəfdaşlığın ən mühüm səbəblərindən biri Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında tarixi dostluq münasibətləridir.

Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini xatırladan Fuad Muradov diqqətə çatdırıb ki, Azərbaycanda tolerantlıq ənənələri, ölkəmizdə yaşayan etnik və dini icmalar arasındakı möhkəm dostluq, qardaşlıq, müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir.

Naxman Şey səmimi təbrikə görə Komitə sədrinə təşəkkür edib, Azərbaycanda yəhudi icmasına olan qayğıdan, dini tolerantlıqdan böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb. O, İsraildəki Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirdiyini, iki xalqın dostluq münasibətlərinin daimi olacağına inandığını bildirib.

İsrailli nazir vurğulayıb ki, Azərbaycana səfər etmək, ölkəmizi daha yaxından tanımaq, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, ortaq layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi imkanlarını müzakirə etmək niyyətindədir.

Paylaş
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31