Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Beşinci kolon” anti-Azərbaycan dairələrin xidmətçisi rolunda...

“Beşinci kolon” anti-Azərbaycan dairələrin xidmətçisi rolunda...

03.09.2021 [08:49]

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan hədəflərə çatmağa imkan verir, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Respublikamız öz milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə müdafiə edir, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı Azərbaycanın qarşısında yeni perspektivlər açır.
Digər tərəfdən, Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpasına nail olub. Şübhəsiz, bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb. Ölkəmiz həm də çox mühüm strateji presedentin əsasını qoyub. Belə ki, Azərbaycan 30 ilə yaxın mövcud olmuş münaqişəni öz milli gücü ilə həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etməyə müvəffəq olub. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir. Vacib nüanslardan biri budur ki, Azərbaycan tarixi Zəfər qazanmaqla olduqca mühüm geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır. Üstəlik, yeni reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir.
Təbii ki, bütün bu gerçəkliklər anti-Azərbaycan və ermənipərəst dairələr, o cümlədən ölkəmizdə “beşinci kolon” funksiyasını yerinə yetirən radikal müxalifət düşərgəsi və onun xaricdəki antimilli uzantıları tərəfindən ciddi narahatlıqla qarşılanır. Dağıdıcı ünsürlər son zamanlar yenidən Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi strateji nailiyyətlərlə bağlı qara piar kampaniyası aparır, reallıqları təhrif etməyə çalışırlar. Məsələn, “Osmanqızı TV” adlı xaricdən maliyyələşən təxribatçı dezinformasiya resursunda davamlı olaraq Azərbaycanın uğurlu, praqmatik xarici siyasət kursunu və beynəlxalq münasibətlər sistemində fəal rolunu, mövqeyini hədəfə almağa hesablanmış yalanlar - absurd iddialar tirajlanır. Amma bu çirkin təbliğatı aparan antimilli ünsürlər reallıqların qarşısında olduqca cılız görünürlər, onların əməlləri cəmiyyətdə ikrah hissi ilə qarşılanır. Çünki qeyd etdiyimiz kimi, rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Bunun nəticəsidir ki, ölkəmiz müasir beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.
Bütövlükdə, bəhs olunan reallıqlar anti-Azərbaycan dairələrin siyasi direktivləri əsasında hərəkət edən “beşinci kolon”un çirkin təbliğatının fiaskoya məhkum olduğunu göstərir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31