Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Kütləvi immunitetin formalaşması üçün əhalinin 70-80 faizinin peyvənd vurdurmasına nail olmalıyıq”

“Kütləvi immunitetin formalaşması üçün əhalinin 70-80 faizinin peyvənd vurdurmasına nail olmalıyıq”

03.09.2021 [08:59]

Artıq bir ildən çoxdur ki, bəşəriyyətin bəlasına çevrilən koronavirus pandemiyasına qarşı dünyada olduğu kimi, ölkəmizdə də ciddi mübarizə tədbirləri həyata keçirilir. Bu istiqamətdə peyvəndləmə prosesi də ardıcıl olaraq davam etdirilir. Yeri gəlmişkən, sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov bildirib ki, kütləvi toplaşma olan yerlərə vətəndaşların yalnız COVID-19 pasportu ilə buraxılması koronavirusa yoluxma sayını azaltmağa hesablanıb. Onun sözlərinə görə, ona görə də peyvəndlənməyənlərin bir sıra məkanlara girişi mümkün olmayacaq: “Yeni növ koronavirus (COVID-19) infeksiyasının növbəti dalğasının indikindən daha güclü və ya zəif olacağı ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir. Vətəndaşlar COVID-19 virusu əleyhinə vaksinasiya prosesində aktiv iştirak etsələr və əhalinin 70-80 faizinin peyvəndlənməsi başa çatsa, virusun növbəti dalğası olmayacaq”.
A.Qurbanov, həmçinin vaksinasiyanın əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, kütləvi immunitetin formalaşması üçün əhalinin 70-80 faizinin peyvənd vurdurmasına nail olmalıyıq: “Vətəndaşlar məsələyə kifayət qədər ciddi yanaşmalı və vaksinasiyada iştirak etməlidirlər. Həm özümüzü, həm də ətrafımızdakıları qorumaq üçün mütləq vaksinasiyadan keçməliyik”.
“Koronavirus əleyhinə vaksin vurduranlar xəstəliyi daha yüngül keçirirlər və bu, vəziyyəti stabil saxlamağa kömək edir. Unutmaq olmaz ki, peyvənd bizi COVID-19-a yoluxmaqdan yox, xəstəliyi ağır keçirməkdən qoruyur. Peyvənd vurdurmaqdan qorxmaq lazım deyil. Azərbaycanda, eləcə də dünya ölkələrində milyonlarla şəxs peyvənd vurdurub və indiyədək ciddi fəsadlarla üzləşmə halı qeydə alınmayıb”, - deyə professor xatırladıb.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31