Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xəzər dənizində dalğanın hündürlüyü 3.6 metrə çatıb

Xəzər dənizində dalğanın hündürlüyü 3.6 metrə çatıb

03.09.2021 [11:53]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 3-ü saat 10.00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, Qusarda isə 0.3 millimetr yağış yağıb, bəzi rayonlarda şimal-qərb küləyi güclənib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, küləyin maksimal sürəti Tovuzda saniyədə 30, Tərtər, Naftalan, Gəncədə 28, Bərdədə 26, Zərdab, Ağdam, Mingəçevirdə 24, Şərur, Ağstafada 20, Xaçmaz, Ceyrançöldə 18, Kəlvəz, Yevlax, Xınalıqda 16, Şəmkirdə 15 metrə çatıb.

Küləyin sürəti Bakıda arabir 23, Neft Daşlarında 24, Pirallahı, Qum adası, Çilov adasında 20, Maştağada 19, Sumqayıt, Binə 18 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Paylaş
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31