Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rəşad Mahmudov tibb işçilərinə çağırış edib: Doğru tibbi taktika qurmaqla vətəndaşların tərəddüd və qorxularını azalda bilərik

Rəşad Mahmudov tibb işçilərinə çağırış edib: Doğru tibbi taktika qurmaqla vətəndaşların tərəddüd və qorxularını azalda bilərik

03.09.2021 [12:26]

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov tibb işçilərinə çağırış edib.

AZƏRTAC xəbər verir ki, parlament üzvü həkimləri vətəndaşlara yeni növ koronavirus pandemiyası ilə əlaqədar müəyyən izahlar verməklə əhali arasındakı tərəddüd və qorxuları azalmağa çağırıb.

“Bir ilə yaxındır ki, evdə müalicə, nə vaxt xəstəxanaya getməliyik və s. mövzularda fikirlərimlə razılaşmadığınız məqam və ya buna qarşı əks fikir yürüdəcək həkim və ya tibbi ekspert varsa, məmnuniyyətlə açıq müzakirələrə girməyə hazıram. Təki cəmiyyətimizin bu gün bilmədən etdiyi yanlışlıqları az da olsa, düzəldə bilək. Səhiyyəmiz çox çətin bir sınaqdan keçir. Xüsusən evlərdə ilk günlərdən deksametazon, metipred, prednol-L, antibiotiklər, sistemlər yazan infeksionist, terapevt və pulmunoloqlara səslənirəm: Bəlkə bilmədiyimiz və ya gözdən qaçan məqam var? Siz izah edin, xahiş edirəm. İxtisasım ürək və damar cərrahı olsa da, ölkədəki ən böyük və ən səmərəli iş ortaya qoymuş reanimasiyaların qurucusu kimi, 2005-ci ildə dövlət xəstəxanasında rəsmi "İnfeksiya Nəzarət Komitəsini" quran biri kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə il yarımdır ki, ən sadədən EKMO-ya qədər bütün müalicələri uğurla tətbiq edən Mərkəzi Gömrük Hospitalının əməkdaşı kimi, bir tibb alimi və bir millət vəkili kimi sizə müraciət edirəm: Belə bir vəziyyətdə həkim olaraq, heç birimizin susqun oturmağa haqqımız yoxdur. Bu qədər yüklənmə qarşısında dövlət qurumlarından bu məsələdə nəsə etməsini gözləmək yanlışdır. İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Buna adım kimi əminəm. İnsanları evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran siz, biz, bəlkə də hamımız olmuşuq. Bu səhvi düzəltmək də hamımızın işidir.

Halbuki, doğru tibbi taktika qurmaqla, ən azından vətəndaşlara belə vəziyyətlərdə nə etməmələri mövzusunda izah verməklə tərəddüd və qorxuları azalda bilərik. Nəticədə dövlətin COVID-19 mübarizəsində ortaya qoyduğu səylərə və əməyə həm də əməldə dəstək olmuş olarıq.

Əlbəttə ki, bu dalğa da digərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək, lakin ən çətin günlərdə bir səhiyyə işçisi olaraq bütün çətinliklərə baxmayaraq, hadisəyə münasibətimiz hər zaman xatırlanacaq”, - deyə R.Mahmudov qeyd edib.

Paylaş
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31