Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Çin xidmətlər ticarəti sərgisində vahid ölkə stendi ilə təmsil olunur

Azərbaycan Çin xidmətlər ticarəti sərgisində vahid ölkə stendi ilə təmsil olunur

03.09.2021 [14:23]

Çinin paytaxtı Pekində Çin beynəlxalq xidmət ticarəti sərgisi (China International Fair for Trade in Services - CIFTIS) işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan vahid ölkə stendi ilə xidmətlər ticarəti sahəsində Çinin ən önəmli beynəlxalq sərgisində iştirak edir. Azərbaycan stendinə baş çəkən çinli sahibkarlar ölkəmizdə xarici investor üçün yaradılan şərait, təklif edilən imtiyaz və güzəştlər haqqında geniş məlumat əldə edə biləcəklər. Budəfəki sərgidə ilk dəfə olaraq, İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi”də təmsil olunur. Stendimizi ziyarət edənlər ölkəmizin tranzit-nəqliyyat potensialı, sənaye parklarımızda rezidentlərinə verilən güzəştlər və xidmətlər, Ələt Azad İqtisadi Zonasında investorlara təklif edilən unikal imkanlar və xidmətlər ilə tanış ola bilirlər.

Bundan başqa, stendimizdə Azərbaycanın turizm imkanları təqdim olunur, Çində satışda olan “Made in Azerbaijan” brendli qida və kənd təsərrüfatı məhsulları nümayiş edilir.

Qeyd edək ki, 2012-ci ildən dövlət səviyyəsində keçirilən sərginin əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi və Pekin meriyasıdır. Bununla yanaşı, Dünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı CIFTIS-i daima dəstəkləyən qurumlardır. Builki sərgidə iştirak etmək üçün 153 ölkədən 10 mindən çox iş adamı qeydiyyatdan keçib. Sərgi xidmətlər ticarəti üzrə qlobal sammit, forum, konfrans, ekspozisiya, təqdimat və müzakirələr olmaqla 6 növdə 100-dən çox tədbiri əhatə edəcək. Ümumi ekspozisiya sahəsi 130 min kvadratmetr olan sərginin 11 min kvadratmetri rəqəmsal xidmətlərə aiddir.

Paylaş
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31