Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP İCAPP Daimi Komitəsinin iclasında təmsil olunub

YAP İCAPP Daimi Komitəsinin iclasında təmsil olunub

03.09.2021 [16:02]

Sentyabrın 3-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP)  Daimi Komitəsinin videoformatda 36-cı iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədov iştirak edib.

İclasda Daimi Komitənin 2021-ci ilin aprel ayında keçirilən 35-ci iclasından ötən dövrdə İCAPP-ın fəaliyyəti qiymətləndirilib, qurumun 2021-ci ilin növbəti mərhələsi və 2022-ci il üçün tədbirlər planı müzakirə olunub.

İclasda həmçinin, İCAPP-ın BMT ilə əməkdaşlığının genişləndirilməsi imkanları barədə təkliflər səsləndirilib.

YAP Sədrinin müavini Əli Əhmədov tədbirdə çıxış edib. O, bildirib ki, 44 günlük müharibədə Azərbaycan şanlı Zəfəri ilə ərazi bütövlüyünü bərpa edib, bölgədə yeni reallıq formalaşdırıb. Kifayət qədər aktual olan təhlükəsizlik məsələləri öz növbəsində siyasi partiyalar arasındakı münasibətlərə də təsir edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası İCAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının keçirilməsi təklifi ilə çıxış edib. Lakin dünyadakı mövcud pandemiya şəraiti ilə əlaqədar İCAPP-ın bir çox tədbirlərinin gələn ilədək təxirə salınmasını nəzərə alaraq, YAP da təklif etdiyi xüsusi konfransın 2022-ci ilin payızınadək təxirə salınmasını məqsədəuyğun hesab edir.

Qeyd edək ki, 2009-cu ildən İCAPP Daimi Komitəsinin üzvü olan Yeni Azərbaycan Partiyası qurumun fəaliyyətində aktiv iştirak edir. İndiyədək YAP İCAPP-ın bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib.

Paylaş
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31