Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 220 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 220 milyonu ötüb

03.09.2021 [16:34]

Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 220 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın online statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bu gün saat 16:00 radələrinə olan məlumata görə, dünya üzrə virusa 220 milyon 118 mindən çox yoluxma halı qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 4 milyon 560 min 210 nəfərə, sağalanların sayı isə 196 milyon 798 min 570 nəfərə çatıb.

COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada birinci yerdə gedən ABŞ-da yoluxma halların sayı 40 milyon 513 min nəfəri, həyatını itirənlərin sayı 662,8 min nəfəri keçib, 31 milyon 200 minə yaxın xəstə isə sağalıb.

Yoluxma göstəricisinə görə sonrakı yerlərdə Hindistan və Braziliya qərarlaşıb. Hindistanda 32 milyon 903 mindən çox insanda COVID-19 xəstəliyi təsdiqlənib, 439 min 916 nəfər vəfat edib, 32 milyon 63 mindən çox xəstə sağalıb. Braziliyada isə pandemiya dövrü ərzində 20 milyon 830 min nəfər virusa yoluxub, onlardan 582 mini vəfat edib, sağalanların sayı 19 milyon 802 min nəfərdir.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Paylaş
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31