Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Moldova portalları Prezident İlham Əliyevin Şuşaya səfərini geniş işıqlandırıb

Moldova portalları Prezident İlham Əliyevin Şuşaya səfərini geniş işıqlandırıb

03.09.2021 [17:22]

Moldovanın nüfuzlu xəbər portallarında Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri, həmçinin Heydər Əliyev Fondu tərəfindən təşkil olunan sərgilər barədə məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, “ava.md” və “noi.md” portallarında Prezident İlham Əliyevin Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışının tam mətni, dövlətimizin başçısının iştirakçılarla söhbəti dərc edilib. AZƏRTAC-ın hazırladığı materiallar əsasında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Şuşa haqqında tarixi fikirləri, dünyaya verdiyi mesajları Moldova oxucularına çatdırılıb.

Bundan başqa “Qarabağ xalçaları 30 ildən sonra Şuşaya qayıtdı” sərlövhəli məqalədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanışlığı barədə də geniş məlumat verilib.

Paylaş
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31