Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Gənclər Kuboku: Hərb Oyunları” uğurla başa çatıb

“Gənclər Kuboku: Hərb Oyunları” uğurla başa çatıb

03.09.2021 [20:00]

"İrəli" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Gənclər Kuboku: Hərb Oyunları" layihəsi uğurla başa çatıb. Bu barədə İctimai Bilrikdən məlumat verilib.

Bildirilib ki, layihə 27 avqust – 2 sentyabr tarixlərində Ağdam rayonunda baş tutub. Bir həftə müddətində həyata keçirilən düşərgədə gender balansı saxlanılmaqla qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş, ümumilikdə, 100-dən çox gənc iştirak edib. Layihənin açılış mərasiminə dövlət rəsmiləri, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıblar.

"Layihə boyunca gənclərin açıq havada ekstremal şəraitdə hərbi pentatlon, stend atıcılığı, kamandan oxatma, əlbəyaxa döyüş və digər müxtəlif idman növləri üzrə yarış təşkil olunub, gənclər yarışlarda birincilik uğrunda mübarizə aparıblar. Həmçinin bir həftə ərzində peşəkar idmançılarla master-klass, mentorlar tərəfindən xüsusi təlimlər, hərbyönlü fiziki-psixoloji və intellektual oyunlar da keçirilib. Bununla yanaşı, layihə çərçivəsində tibbi estafet, silah söküb-yığma, səmti müəyyənetmə yarışları da keçirilib, hərbi mövzuda "Axtar tap", maneəli qaçış, ipdartma və s. oyunlar oynanılıb. Gənclərin fəaliyyətləri, həmçinin müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalarla davam edib. Layihənin sonunda verilən tapşırıqları uğurla icra etmiş, həmçinin keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək Fəxri fərman, diplom və digər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırıblar", - deyə sonda vurğulanıb.

Paylaş
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31