Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Lider olmaq istəyirəm!” adlı yay məktəbinin ilk həftəsinə yekun vurulub

“Lider olmaq istəyirəm!” adlı yay məktəbinin ilk həftəsinə yekun vurulub

03.09.2021 [20:30]

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində bu ilin noyabr ayında təşkil olunacaq Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə avqustun 30-dan iştirakçılar üçün keçirilən “Lider olmaq istəyirəm!” adlı yay məktəbində ilk həftənin yekun tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 10-dək davam edəcək, Foruma seçim turlarında fəallığı ilə seçilən uşaqlar, həmçinin şəhid və qazi övladları da daxil olmaqla, 60 nəfərin qatıldığı tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilk həftəni uğurla başa vuran iştirakçılara təbriklərini çatdırıb, liderlik missiyasının mahiyyətini daha dərindən dərk etmək üçün məktəbdə keçirilən təlimlərin onların gələcək həyatında mütləq hansısa şəkildə rol oynayacağına inandığını bildirib. Uşaqlara getmək istədiyi yolda istedad və əməksevərliyin əsas şərt olduğunu deyən Bahar Muradova liderlik üçün vətənpərvərliyin başlıca keyfiyyət olduğunu vurğulayıb. O deyib: “Əminəm ki, yay məktəbi təlimlərinin təşkilatçılarının hazırladıqları mövzular vətənpərvərlik keyfiyyətlərinin nəyə görə lider olmaq istəyən uşaqlar üçün ən başlıca xüsusiyyət olduğuna hər birinizi inandıra bilib”.

Məktəbin gündəlik fəaliyyətini yaxından izlədiyini deyən komitə sədri burada yeni dostlar tapan uşaqların müxtəlif dövlət və hökumət qurumlarının məsul şəxslərinin iştirakı ilə keçirilən təlimlər zamanı iştirakçıların hər bir fikir və təklifinin mütləq nəzərə alınacağını, həmin fikir və təkliflərin bu ilin noyabrında keçiriləcək Uşaqların V Ümumrespublika Forumunun seçəcəyi əlaqələndirmə şurası tərəfindən müvafiq qurumların diqqətinə çatdırılacağını bildirib.

Sonra iştirakçılar adından məktəbin ilk həftəsinin yekunları və əldə olunmuş nəticələr barədə təqdimatla çıxış edən Gülay Əliyeva dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından olan mütəxəssislər, o cümlədən uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlərin iştirakı ilə keçirilən təlimlər barədə danışıb, müxtəlif səfər və əyləncə saatları barədə ətraflı məlumat verib. Bildirilib ki, interaktiv formada keçirilən bütün təlimlər iştirakçılar üçün məzmunlu və yaddaqalan olub.

Qeyri-adi istedadı ilə fərqlənən iştirakçı Ayxan Əlizadənin ümummilli lider Heydər Əliyevin rubik kublarından yaratdığı təsvirinin təqdimatı xüsusi heyranlıqla qarşılanıb.

Sonda komitə sədri Bahar Muradova və sədr müavini Aynur Sofiyeva iştirakçılara sertifikatlar, həmçinin həftə ərzində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunun qaliblərinə diplom və hədiyyələr təqdim ediblər.

Tədbir boyu uşaqları maraqlandıran suallara cavab verən Bahar Muradova sonda yay məktəbinin birinci həftəsinin iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Növbəti həftə ikinci qrupla təşkil olunacaq yay məktəbi sentyabrın 10-dək davam edəcək.

Paylaş
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31