Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq tədbirin iştirakçıları Azərbaycanda narkomaniya ilə mübarizə tədbirləri barədə məlumatlandırılıb

Beynəlxalq tədbirin iştirakçıları Azərbaycanda narkomaniya ilə mübarizə tədbirləri barədə məlumatlandırılıb

03.09.2021 [20:52]

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Şərqi Avropa və Mərkəzi Asiyada insan hüquqları və narkomaniyaya dair siyasətlə bağlı beynəlxalq qaydaların tətbiqi üzrə 3-cü regional dialoq” adlı beynəlxalq tədbirdə iştirak edib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, onlayn formatda keçirilən tədbirdə Ombudsman Səbinə Əliyeva dövlətlərin narkomaniya ilə bağlı siyasətinin müəyyən edilməsi üzrə müzakirələrdə milli insan hüquqları təsisatlarının rolu barədə çıxış edib. Çıxış zamanı əsas hədəf kütləsi uşaq və gənclər olmaqla, ümumilikdə cəmiyyətdə narkotik vasitələr və psixotrop maddələrdən asılılığın qarşısının alınması ilə bağlı maarifləndirmənin roluna toxunulub. Ombudsman iştirakçılara Azərbaycanda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları, dövlət proqramları barədə məlumat verib.

Səbinə Əliyeva təsdiq etdiyi tədbirlər planı əsasında hazırda Ombudsman təsisatının bölgələri də əhatə etməklə narkomaniyanın ciddi mənfi nəticələri ilə bağlı silsilə maarifləndirmə tədbirləri həyata keçirdiyini qeyd edib. Ombudsman bildirib ki, həmin tədbirlərdə narkotik vasitələrdən asılı olan şəxslərin cəmiyyətdən təcrid olunmaması və hər hansı ayrı-seçkiliyə məruz qalmamasının vacibliyi nəzərə çatdırılıb.

Daha sonra Ombudsman Azərbaycanda milli insan hüquqları institutu qismində bu sahədə siyasətin formalaşmasına lazımi töhfə verildiyini bildirərək, irəli sürülmüş təşəbbüs və təklifləri iştirakçıların diqqətinə çatdırıb. Narkomaniya ilə mübarizə məqsədilə sağlam həyat tərzinin təşviqi, səhiyyənin effektivliyinin gücləndirilməsi, maarifləndirici materialların təbliği, həmyaşıdlar, eləcə də ahıllarla gənclər arasında dialoqun təşkili və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.

Yekunda Ombudsman insan hüquqlarının təminində ciddi çətinliklər yaradan bu qlobal problemin həllinə birgə nail olunması ilə bağlı çağırış edib.

Paylaş
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31