Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunması vacibdir

Vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunması vacibdir

04.09.2021 [08:15]

Son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və bununla əlaqədar ölüm hallarının artması epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradır. Mütəxəssislərin fikrincə, bu artım təhlükəli “delta” ştamının dünyada sürətlə yayıldığı bir vaxta təsadüf edir.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev bildirib ki, belə təhlükəli vəziyyətdə vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunması çox vacibdir. Bununla yanaşı, qapalı məkanlarda tibbi maskadan istifadə, ara məsafənin saxlanması, gigiyenik qaydalara riayət edilməsi zəruridir: “Nəzərinizə çatdırım ki, xəstəxanaya yerləşdirilənlərin mütləq əksəriyyəti vaksin olunmayanlardır. Peyvənd vurdurmayanlar koronavirusa yoluxduqda ağırlaşma baş verir”.

Z.Quliyevin dediyinə görə, COVID-19-a yoluxanlar orqanizmlərində baş verən dəyişiklikləri bilməlidirlər: “Xəstədə bədən temperaturu normaya düşmür, öskürək dayanmır, eyni zamanda, boğulma müşahidə edilirsə, mütləq təcili tibbi yardım çağırmaq lazımdır. Belə olan halda, xəstə gecikdirilmədən xəstəxanaya yerləşdirilməlidir. Koronavirusa yoluxduqda karantin müddəti bitənə qədər, təxminən 2 həftə xəstənin duş qəbul etməməsi yanlışdır. Yəni bununla əlaqədar xüsusi əks-göstəriş yoxdur. Xəstələrin, sadəcə duş qəbul edərkən özlərini soyuqdan qorumaları kifayətdir. Duşdan sonra kondisioner altında oturmaq xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Əks halda, xəstəlik müddətində istənilən qədər duş qəbul etmək mümkündür”.

Həkim-terapevt koronavirusa yoluxma zamanı iybilmə və dadbilmənin itməsi barədə də məlumat verib: “Araşdırma əsasında hətta 6 aya qədər dadbilmə və iybilmə bərpa olunmayan xəstələrin olduğu müəyyən edilib. İybilmə və dadbilmənin bərpası üçün mütəmadi dərman qəbulu məsləhət deyil. Müşahidələr göstərir ki, iybilmə və dadbilməni ilk gündən itirənlər koronavirusu daha yüngül keçirirlər”.

MÜŞFİQƏ

Paylaş
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31