Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hikmət Babaoğlu: Əli Əliyev həqiqəti təhrif etməklə özünə siyasi dəstək təmin edə bilməz

Hikmət Babaoğlu: Əli Əliyev həqiqəti təhrif etməklə özünə siyasi dəstək təmin edə bilməz

04.09.2021 [11:29]

"Azərbaycanın xarici siyasət strategiyası o qədər dərindir ki , Əli Əliyev sadəcə onu dərk edə bilmir. Ancaq yaxşı ki, heç olmasa etiraf edir ki, o anlaya bilmir ki, dövlət hansı istiqaməti seçib. Dövlətin hansı istiqaməti seçdiyini isə Azərbaycan xalqı çox yaxşı bilir. Ona görə ki, bu seçim artıq xalqımızı qalib xalqa çevirib. Ərazi bütövlüyümüzü bərpa edib və bu gün 30 il həsrətlə gözlədiyimiz Böyük Qayıdış planını reallaşdırır. Bu ümummilli sevinci bölüşməyi və tarixi zəfərimizi qiymətləndirməyi bacarmamaq ən azı siyasi eqoistlikdir və heç bir siyasətçiyə uğur qazandıra blməz. Üstəlik, ərazi bütövlüyünü qlobal imperializmə rəğmən bərpa etməyi bacaran bir xalqı və onun Müzəffər Ali Baş Komandanını torpaqları işğal altında olan ölkələrlə müqayisə edib üstünlüyü onlara vermək ədalətsizlik və qərəzlilikdir".

Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Ə.Əliyev xarici siyasət strategiyamızı anlamaqda çətinlik çəkdiyi kimi Azərbaycanın müttəfiqlərini də müəyyənləşdirməkdə tərəddüd edir və ölkəmizi real müttəfiqləri ilə deyil, özünün uydurmağa çalışdığı müttəfiqlərlə bir sırada görür: "Halbuki 44 günlük Vətən müharibəsində kimlərlə müttəfiq olduğumuzu dəfələrlə Prezident İlham Əliyev bütün dünyaya bəyan etdi. Ən yaxın və təbii tarixi müttəfiqimiz olan qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzaladı. Bütün bunları görməyən, Qarabağda təkcə ermənilərə qarşı deyil, islamofob və ksenofob imperializmə qarşı savaşaraq necə böyük tarixi zəfər əldə etdiyimizi dərk etməyən siyasətçi ya diletantdır, ya da qələbəmizi gözdən salmağa çalışan adi manipulyatordur. Molla Pənah Vaqifi "separatçı" adlandırmaq tarixi yaddaşdan yoxsunluq, tarixi hadisələri manipulyasiya etmək və tarixi şəxsiyyətlərimizi gözdən salmaq, dolayısı ilə dəyərlərimizi dəyərsizləşdirməkdir. Heç bir ciddi siyasətçi 250 il bundan qabaq baş verən hadisələrə bu günün reallığına əsaslanaraq qiymət verə bilməz. Qlobal imperializmə və onun strukrur elementləri hesab edilən beynəlxalq təşkilatlara qarşı müharibə apararaq qalib gələn ölkəni qətiyyətsizlikdə ittiham etmək haqsızlıqdır. Hazırda xalqımızın uzun illərdir arzu etdiyi ən böyük dəyişiklik baş verib. 30 ildir həsrətlə gözlədiyi torpaqlarımız işğaldan azad edilib. Azərbaycan xalqı öz yeni qalib miladı ilə daxildə və xaricdə olan dağıdıcı qüvvələrə qarşı immunitetini möhkəmləndirməklə siyasi avantüristlərə qarşı müqavimət göstərir. Necə ki bu müqaviməti "narınıcı", "qızılgül" inqilabçılarına qarşı vaxtında göstərməyi bacardı. Əgər o zaman xalqımız bu siyasi macərapərəstlərə dəstək versəydi, yaxşı başa düşürdü ki, indi azad Qarabağa qovuşa bilməzdi. Ona görə də Ə.Əliyev nə peyvənd manipulyasiyası ilə, nə həqiqəti təhrif etməklə özünə siyasi dəstək təmin edə bilməz".

Paylaş
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31