Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu gün Azərbaycan millisi İrlandiya yığmasının qonağı olacaq

Bu gün Azərbaycan millisi İrlandiya yığmasının qonağı olacaq

04.09.2021 [12:39]

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, millimiz A qrupundakı dördüncü oyununda İrlandiya yığmasının qonağı olacaq. Dublin şəhərindəki "Aviva" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edəcək. Ona yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək. VAR sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.

Qarşılaşma öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində Dara O Şi və Natan Kollinz zədə səbəbindən matçı buraxacaq.

Qeyd edək ki, 3 oyundan sonra xalı olmayan İrlandiya və Azərbaycan yığmaları 4-5-ci yerləri bölüşdürür.

Paylaş
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31