Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

04.09.2021 [18:49]

Sentyabrın 4-də 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videoqəbulda Sahibə Qafarova seçicilərin müxtəlif məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qəbulda iştirak edən bəzi seçicilər isə əvvəlki qəbullarda və müraciətlərdə qaldırılan bir sıra məsələlərin həllinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bundan öncəki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, bir qisim məsələlər artıq müsbət həllini tapıb.

Videoqəbulda Sahibə Qafarova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların sosial-müdafiəsinin və həyat şəraitlərinin yaxşılaşdırılması, regionlarda infrastruktur təminatının daha da gücləndirilməsi yaxşılaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək deyib ki, Azərbaycan sosial dövlətdir və həyata keçirilən siyasətin mərkəzində insan amili, ölkə vətəndaşlarının mənafeyi dayanır. O xüsusi olaraq qeyd edib ki, hətta pandemiya şəraitində belə sosial layihələrin icrası davam etdirilir. Sahibə Qafarova vurğulayıb ki, dövlətin bu sahədə gördüyü işlərə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

Milli Məclisin sədri ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi–profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə çağırıb.

Videoqəbulda Milli Məclisin sədri seçicilərə ötən il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və ərazi bütövlüyümüzün bərpa olunması, azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işləri, şəhid ailələrinə və əlillərə yüksək dövlət qayğısı, həmçinin Milli Məclisin fəaliyyəti və digər məsələlər barədə də məlumat verib.

Qeyd edək ki, videoqəbulda Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün icra hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

Paylaş
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31