Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Arzuxan Əlizadə: Azərbaycanın haqlı mövqeyini hər zaman təbliğ etməliyik

Arzuxan Əlizadə: Azərbaycanın haqlı mövqeyini hər zaman təbliğ etməliyik

06.09.2021 [09:30]

“Azərbaycan gəncliyi hər zaman öz vətənpərvərliyi, dövlətə, xalqa bağlılığı ilə seçilib. 2020-ci ildə Vətən müharibəsi dövründə Azərbaycan gəncliyi bir nəfər kimi ölkəmizin ərazi bütövlüyü uğrunda silaha sarıldı və düşmənə qarşı vahid yumruğa çevrildi. Torpaqlarımızın işğaldan azad edilməsində gənclərimizin rolu olduqca böyükdür. Təbii ki, burada əsas səbəb gənclərin milli və vətənpərvərlik ruhunda yetişdirilməsidir”.
Bu fikirləri açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman çıxışlarında ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslədiyini xüsusi vurğulayıb: “İkinci Qarabağ müharibəsi xalqımızın, dövlətimizin tarixində mühüm bir yerə malikdir. Biz bu müharibə ilə bağlı həqiqətləri, onu yaradan səbəbləri, Azərbaycanın haqlı mövqeyini hər zaman təbliğ etməliyik. Əlbəttə ki, burada əsas məsuliyyət gənclərimizin üzərinə düşür. Yeri gəlmişkən, Prezidenti İlham Əliyev avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına mənzil və avtomobillərin təqdim olunması ilə bağlı mərasimdəki çıxışında da bildirib ki, “İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir”. Bəli, Azərbaycan gəncliyi vətənpərvər, cəsarətli və güclüdür, ona bu gücü verən, özünəinam hissini təlqin edən isə ailə, Vətən, torpaq sevgisidir”.

Paylaş
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31