Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tahir Kərimli: Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir

Tahir Kərimli: Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir

06.09.2021 [09:32]

“Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Məhz bu işlər çərçivəsində şəhid ailələri, müharibə əlilləri də yüksək dövlət qayğısı ilə əhatə olunublar. Ümumiyyətlə, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilib. Prezident İlham Əliyev avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması ilə bağlı mərasimdəki çıxışında bildirdi ki, təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir. Bununla yanaşı, müharibə əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən 7200 avtomobil verilib. Bütün bunlar Azərbaycan Prezidentinin şəhid ailələrinə və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə sağlamlıqlarını itirmiş vətəndaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”.
Bu fikirləri Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. Onun sözlərinə görə, sosial dövlət olan Azərbaycanda qayğıya ehtiyacı olan bütün vətəndaşlar, ələlxüsus da həssas qruplardan olan insanlar dövlət tərəfindən hərtərəfli şəkildə dəstəklənirlər. Bu baxımdan, respublikamızda şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir. “Cənab Prezident bildirdi ki, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Xüsusi olaraq vurğulanmalıdır ki, 10 minə yaxın vətəndaşın mənzillə, 7 mindən artıq vətəndaşın avtomobillə təmin olunması olduqca böyük işdir. Təbii ki, bu proses davamlı şəkildə inkişaf etdirilir və dövlətimiz qarşıdakı dövrdə də şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllini prioritet istiqmatələrdən biri hesab edir”, - deyə T.Kərimli əlavə edib.

Paylaş
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31