Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Təhsil Nazirliyi: Yeni işə qəbul olunan gənc müəllimlərlə adaptasiya proqramına başlanılır

Təhsil Nazirliyi: Yeni işə qəbul olunan gənc müəllimlərlə adaptasiya proqramına başlanılır

06.09.2021 [11:27]

Sentyabrın 7-dən yeni tədris ili üzrə işə qəbul olunmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına başlanılır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.

Adaptasiya proqramı çərçivəsində nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin təqdimatında “Tədris-pedaqoji sənədlərlə işin təşkili”, “Şagirdlərlə işin təşkili”, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorları ilə müəllimlərin görüşü, nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzularında təlimlər, həmçinin dərslik müəllifləri, qabaqcıl müəllimlərlə müzakirələr keçiriləcək.

Paylaş
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31