Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Koronavirusa qarşı peyvəndlərin təhlükəsizliyi sübuta yetirilib

Koronavirusa qarşı peyvəndlərin təhlükəsizliyi sübuta yetirilib

06.09.2021 [12:50]

“Yeniazerbaycan.com” Rusiyanın “Lenta.ru” portalına istinadən xəbər verir ki, koronavirusa qarşı hazırlanan, dünyanın bir çox ölkələrində tətbiq edilən “Pfizer” və “Moderna” peyvəndləri insan sağlamlığına ciddi təsir göstərmir və təhlükəsizdir. Sayt yazır ki, bunu 6,2 milyon xəstənin tibbi qeydlərini öyrənən “Kaiser Permanente” qeyri-kommersiya təşkilatının mütəxəssisləri sübut edib. 

Belə ki, tədqiqat zamanı 2020-ci ilin dekabr ayının ortalarından 2021-ci il iyunun 26-na qədər olan araşdırma nəticələri təqdim edilib. Bu nəticələrdən bəziləri daha əvvəl ümumiləşdirilib və ABŞ Xəstəliklərə nəzarət və onların qarşısının alınması mərkəzinin (CDC) İmmunizasiya təcrübələri məsləhət komitəsinin açıq iclaslarında təqdim edilib.

Araşdırmanın gedişində peyvənddən sonra ilk üç həftə müddətində COVID-19-a qarşı həmin peyvəndlərlə vaksinasiya olunan bütün insanlar arasındakı xüsusi hallar peyvənddən sonra 3-6 həftə ərzində xəstələr arasında sağlamlıq təzahürləri ilə müqayisə edilib. Qiymətləndirilən insanların ümumi sayına gəlincə, tədqiqat obyekti kimi hər hansı bir vaksinin ilk dozasını qəbul edən 6,2 milyon, ikinci dozasını qəbul edən 5,7 milyon nəfər cəlb olunub. Tədqiqatçılar sağlamlığa potensial təhlükə hesab edilən, o cümlədən ensefalit və mielit, sudurğa, Giyena-Barre sindromu, kəskin miokard infarktı, iflic, tromboemboliya, ürək-damar problemləri və digərləri daxil olmaqla, 23 təsir edən halı araşdırıblar.

Tədqiqatçılar daha sonra həmin təzahürlərin sayının müəyyən həddən yüksək olub-olmadığını müəyyən etmək üçün statistik təhlillər aparıblar. Tədqiqatın son nəticəsi kimi həmin vaksinlərin qəbulunda ciddi sağlamlıq fəsadları törədə biləcək risklərin yüksək olmadığı ortaya çıxıb.

Paylaş
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31