Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Naxçıvanda “Marş İrəli” layihəsi start götürüb

Naxçıvanda “Marş İrəli” layihəsi start götürüb

06.09.2021 [13:16]

Ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə Naxçıvan ev sahibliyi edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev adına Hərbi Liseydə təşkil olunan açılış mərasimi ilə layihəyə start verilib. Mərasimdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca dövlət himnimiz ifa olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev “Marş İrəli” layihəsinin qədim diyarımızda gerçəkləşən uğurlu tədbirlərdən biri olacağına inamlarını ifadə ediblər.

Açılış mərasiminin ardınca iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Daha sonra Şəhidlər xiyabanı və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olan soydaşlarımızın ruhuna dualar oxunub. Nahar fasiləsindən sonra iştirakçılar Əcəmi Seyrangahında olub, Ümummilli Liderin burada ucaldılmış büstü ziyarət olunub, ardınca Mömünə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, həmçinin Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi ilə tanış olublar. Axşam saatlarında tədbirin açılış konserti reallaşıb.

Sentyabrın 5-dən 9-dək davam edəcək layihənin gündəlik proqramı tərtib olunub, düşərgə üçün əlverişli məkan seçilib. “Marş İrəli”nin konseptinə uyğun olaraq gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş 100 gənc düşərgədə iştirak haqqı qazanıb. Onlardan 70-i Naxçıvan gəncləridir.

Layihə Əlahiddə Ümumqoşun Ordunun dəstəyi, Azərbaycan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Paylaş
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31