Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xəzər regionu ölkələri vahid informasiya məkanının yaradılması məsələlərini müzakirə edəcəklər

Xəzər regionu ölkələri vahid informasiya məkanının yaradılması məsələlərini müzakirə edəcəklər

06.09.2021 [13:50]

Sentyabrın 10-11-də Həştərxanda VI Xəzər Mediaforumu keçiriləcək. Bu tədbir regional və beynəlxalq jurnalistikanın inkişafının yeni istiqamətlərinə dair təcrübə mübadiləsi və Xəzər regionu ölkələri üçün vahid informasiya məkanının yaradılması məsələlərinin müzakirəsi üçün unikal məkan olacaq.

Mediaforumun təşkilatçıları tərəfindən AZƏRTAC-a verilən məlumata görə, layihə MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə gerçəkləşdiriləcək.

“Rusiyanın Xəzər paytaxtı” Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan və Özbəkistandan olan kütləvi informasiya vasitələrinin nümayəndələrini, politoloq, ekspert və analitikləri qəbul edəcək.

“Rossotrudniçestvo” və “Rosturizm”in dəstəyi ilə keçirilən bu iri beynəlxalq layihənin təşkilatçıları Həştərxan vilayətinin hökuməti, “Xəzər-Avrasiya” Beynəlxalq və İctimai-Siyasi Araşdırmalar Mərkəzi” Assosiasiyası, habelə “Şimal-Cənub” politoloji mərkəzidir.

Forum məkanında iki gün ərzində panel diskussiyaları, ekspertlərin görüşləri və strateji sessiyalar keçiriləcək. Gündəliyin əsas hissəsi Xəzəryanı dövlətlərin və Rusiyanın sərhədyanı ərazilərinin etnik brendləri əsasında turizm istiqamətinin inkişafı, habelə keyfiyyətli etnoturizm və ekoloji materialların yaradılması və mübadiləsi ilə bağlı praktiki tövsiyələr və layihə təşəbbüsləri hazırlanması məsələlərinə həsr ediləcək.

Forum ərəfəsində, sentyabrın 9-da “Rossotrudniçestvo”nun “Yeni nəsil” gənclər proqramı çərçivəsində tədbirlər və Xəzər Könüllülər Məktəbinin iclası keçiriləcək. Forumun ilk iş günündə - sentyabrın 10-da iştirakçıları üç diskussiya paneli gözləyir: “Rəqəmsal dövrdə trevel jurnalistika”, “Mədəni kodun qorunub saxlanması. Medianın rolu” və “Yeni informasiya kommunikasiyaları sistemində maarifçi media layihələr”. Plenar iclas turizm mövzusuna və mediaməkanda etnik-mədəni kommunikasiyalara həsr ediləcək.

VI Xəzər Mediaforumunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovun, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin, Xəzəryanı ölkələrin konsul müəssisələrinin nümayəndələrinin və başqalarının iştirak edəcəkləri gözlənilir.

Bundan əlavə, VI Xəzər Mediaforumu çərçivəsində “Sərhədsiz Xəzər” mövzusunda ən yaxşı jurnalist işi müsabiqəsinə yekun vurulacaq.

Paylaş
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31