Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vyanada Qadın Parlament Sədrlərinin 13-cü Sammiti işə başlayıb

Vyanada Qadın Parlament Sədrlərinin 13-cü Sammiti işə başlayıb

06.09.2021 [13:57]

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində işgüzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da Vyana Beynəlxalq Mərkəzində Qadın Parlament Sədrlərinin 13-cü Sammiti işə başlayıb.

Norveç parlamentinin və Sammitin sədri Tone Vilhelmsen Tröen, Avstriya parlamentinin prezidenti Volfqanq Sobotka, Parlamentlərarası İttifaqın Pprezidenti Duarte Paşeko açılış çıxışları ediblər.

Çıxışlarda Parlamentlərarası dialoqun gücləndirilməsi, qadın parlamentarilərin bu əlaqələrin inkişafında rolu, gender bərabərliyinin həm cəmiyyətdə, həm də qanunverici və digər orqanlarda təmin olunmasının vacibliyindən bəhs edilib. Eyni zamanda, parlamentlərin koronavirus pandemiyasına qarşı mübarizənin təşkilinə və sosial-iqtisadi fəsadların aradan qaldırılmasına töhfə verdikləri vurğulanıb. Tədbirdə, həmçinin pandemiyadan sonra sosial-iqtisadi həyatın bərpasında qadınların roluna dair çıxışlar ediləcək, müzakirələr aparılacaq.

Sammitdə Milli Məclisin sədri Sahibə Qafarova müzakirə olunacaq məsələlərə münasibət bildirəcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti sentyabrın 7-8-də Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak edəcək.

Səfər sentyabrın 9-da başa çatacaq.

Paylaş
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31